QafqazTimes.com APA-ya istinadən xəbər verir: Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib: Qanuna dəyişikliklərdən biri dini qurumların qeydiyyatı ilə bağlıdır. Artıq dini icmaların qeydiyyatı ilə bağlı sənədlər birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunacaq və qeydiyyatdakı süründürməçiliyə son qoyulacaq. Digər məsələ din xadimlərinin təyinatı ilə bağlıdır. Bu gün dünya ölkələrinin əksəriyyətində din xadimləri dövlət tərəfindən təyin olunur, qanuna dəyişiklikdə də bu məqam əksini tapıb. Din xadimləri mütləq ciddi süzgəcdən keçirilməlidir. Nəhayət, Azərbaycan cəmmiyyətində uzun müddət ianələrlə bağlı müzakirələr gedir. Bu qanuna dəyişikliyin qəbulu bu sahədə də şəffaflığı təmin edəcək. Məscidi siyasət, oyunbazlıq məkanına çevirən mollalardan, axundlardan dinimizi xilas etməliyik. Dindarların fəaliyyəti, baxışları araşdırılmalı və qanunda göstərildiyi kimi, onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunmalıdırlar…
Diqqət edin: Dindarların fəaliyyəti, baxışları araşdırılmalı və qanunda göstərildiyi kimi, onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunmalıdırlar!!
İnternet, sosial şəbəkə dünyanı ağuşuna elə alıb ki, din xadiminin cəmiyyətin dini baxışına təsir imkanları əhəmiyyətsiz olub. Deputat Məmmədov sanki hansı dünyada yaşadığını unudub. Müasir dünyada ictimai-siyasi, dini, ideoloji baxışı formalaşdıran ən böyük qüvvə internet, sosial şəbəkədir. Bəli, dövlət ölkə ərazisində təhlükəsizliyi təhdid edən bütün fəaliyyətlərin qarşısını almalıdır. Öncə narkobiznesin. Görün dünyada narkotika necə yayılır! Nə nazirliyi var, nə dövlət komitəsi. Deputat Məmmədov ölkəni uçuruma aparan narkobiznes barədə nə düşünür?
