QafqazTimes.com İRNA-ya istinadən xəbər verir: Rəsmi Tehran Vaşinqtona xəbərdarlıq edib. ABŞ İrana tətbiq edilən edilən sanksiyaları tam aradan qaldırmasa, Tehranın növbəti addımları yubanmayacaq. Nüvə danışıqlarına qayıtmaq üçün İran sanksiyaların qeyd-şərtsiz ləğv edilməsini gözləyir. İran XİN-nin rəsmi sözçüsü Səid Xətibzadə bildirib ki, Konkret qərarlar tələb edən mühüm suallar var. Vaşinqton sanksiyaların aradan qaldırılması və qalan məsələlər barədə mövqeyini gecikdirməməlidir. İran tərəfi ABŞ sanksiyaları aradan qaldıracağı təqdirdə etibarlı nüvə razılaşmasının imzalanacağına inanır. Əslində ABŞ və Avropaölkələrinin başqa yolu yoxdur. İran hərbi müdaxilə ilə hədələnəcək ölkə deyil. Amerika tarixində bu ölkənin hərbi bazasına raket zərbəsi endirən və bu addımı cavabsız qalan yeganə ölkə İrandır.
İran Amerikaya vaxt verib
Əvvəlki yazı
