QafqazTimes xəbər verir ki, Yəmənin Əl-Məsirə telekanalı bildirib ki, cümə günü Şəbva, Mərib, Həccə və Əl-Covf əyalətlərinin bir sıra şəhərləri Səudiyyə koalisiyasının qırıcıları tərəfindən hədəfə alınıb.
Hazırda Yəmən ordusu qüvvələrinin və xalq komitələrinin devrilmiş Mənsur Hadi hökumətinin muzdlularına qarşı müqavimətinin şahidi olan Şəbva əyaləti Səudiyyə koalisiyasının ən ağır hava hücumlarına məruz qalıb. Belə ki, Asilan, Beyhan və Eyn şəhərləri ən azı 45 dəfə bombalanıb.
Mərib əyalətində Əl-Vadi şəhərinə 16 dəfə, Əl-Cubə və Sərvah şəhərlərinə isə üç dəfə hücum edilib.
Həccə əyalətində isə Səudiyyə koalisiyası Əbs şəhərinin Əl-Cərr bölgəsindəki mülki tarlalara yeddi bomba atıb.
Əl-Covf vilayətində isə Xab və Əl-Şaaf şəhərləri iki dəfə bombalanıb.
Bundan əlavə Yəmənin hərbi mənbələri bu yaxınlarda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənin neftlə zəngin Şəbva vilayətini Əl-Qaidə terror ünsürlərinə təhvil verməyə çalışdığını bildiriblər.
