Qafqaztimes KİV-ə istinadən xəbər verir ki, ABŞ ordusunun hərbi karvanı İraqın Zi Qar şəhərində, Əs-Səbbah neft yatağının yaxınlığında qumbaraatanla hədəfə alınıb.
“Əshabu Kəhf” Müqavimət Qrupu əməliyyata görə məsuliyyəti öz üzərinə götürən video yayımlayıb.
“Əshabu Kəhf” tərəfindən yayımlanan videoya görə, ABŞ-ın hərbi konvoyunun avadanlıqlar daşıyan 7 maşınından ən azı dördü hədəfə alınıb.
İraq parlamentinin ölkədən xarici hərbçilərin çıxarılması barədə qərarından və Bağdadın bunu gecikdirməsindən sonra ABŞ koalisiyasının hərbi karvanları həftədə bir neçə dəfə, bəzən isə gündə bir neçə dəfə hədəfə alınır.
İraqdakı ABŞ əsgərləri üçün hərbi ləvazimatlar daşıyan karvanlar son aylarda dəfələrlə yol kənarına yerləşdirilən bombaların hədəfinə çevrilib.
