Bəzi media orqanları İsrail mənbələrinə istinadən bildiriblər ki, hücumun əsas hədəfi İsrail ordusunun (IDF C4I) böyük komandanlıq və kəşfiyyat qərargahı, eləcə də Gav-Yam texnologiya parkında yerləşən hərbi informasiya düşərgəsi olub. Bu obyektlər Soroka xəstəxanasının yaxınlığında yerləşir.
Hədəf alınan bu mərkəzlər minlərlə hərbi personalın, rəqəmsal komandanlıq sistemlərinin, kibər əməliyyat qurğularının və İsrail ordusunun C4ISR sistemlərinin yerləşdiyi əsas strateji nöqtələrdən hesab olunur.
Raket zərbələri nəticəsində yaxınlıqdakı xəstəxana birbaşa zərbə almasada, partlayış dalğasından təsirlənib.
