Ərak şəhərinin polis komandanı bildirib:
Əhalidən gələn məlumatlara əsasən, şəhərin bir bölgəsində bir mini-uçuş aparatının görüldüyü bildirilib. Məsələnin həssaslığı nəzərə alınaraq polis qüvvələri dərhal hadisə yerinə göndərilərək araşdırmalara başlayıb.
Aşkar edilən dronun kəşfiyyat məqsədli olduğu müəyyən edilib və daha ətraflı araşdırma aparılması üçün müvafiq mütəxəssislərə təhvil verilib.
Rəsmilər vətəndaşlara müraciət edərək, hər hansı şübhəli hal müşahidə etdikdə dərhal 110 polis qaynar xəttinə məlumat vermələrini istəyiblər.
