İranın bu gün birbaşa hədəfə aldığı İsrailin Rishon LeZion şəhərində geniş dağıntılar və yanğınlar baş verib. Yayılan məlumatlara görə, hücum nəticəsində çoxsaylı tələfat var. Hadisə yerində təcili yardım və xilasetmə briqadaları fəaliyyət göstərir.
Bu, İranın Təl-Əvivin cənubundakı sıx məskunlaşmış bir şəhərə endirdiyi ən ciddi zərbələrdən biri hesab olunur.
