Qafqaztimes xəbər verir ki, bir neçə gün əvvəl İsrail ordusunun keçmiş yüksək rütbəli məmuru ilk dəfə olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı general Qasim Süleymaninin terror edilməsində Tel-Əvivin rol oynadığını etiraf edib. İsrail hərbi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Tamir Hayman çərşənbə axşamı açıq şəkildə bildirib ki, Təl-Əviv iki il əvvəl ABŞ-ın rəhbərlik etdiyi əməliyyatda “rol oynayıb”.
O, bu vəzifədə işlədiyi müddətdə “iki mühüm və əhəmiyyətli sui-qəsd”dən biri kimi Sərdar Süleymaninin terror edilməsini qeyd edib. Onun sözlərinə görə, digər mühüm sui-qəsd İslami Cihad hərəkatının liderlərindən biri olan Bəha Əbu əl-Atanın qətlidir.
“Rəy Əl-Youm” qəzeti bir məqaləsində bu barədə yazıb: Biz israilli general Tamir Heymanın ilk dəfə rəsmi olaraq bunu etiraf etməsində və “Mossad amerikalı həmkarı ilə birlikdə 3 yanvar 2020-ci ildə İranın Qüds Qüvvələrinin komandanı Sərdar Qasım Süleymaninin terror edilməsində mühüm rol oynadı” deməsində hansı hədəflərə malik olmasını bilmirik. Ancaq bu dərəcədə aydınlıqla edilən bu etiraf ciddi nəticələrə səbəb olacaq və bunlardan ən vacibi yaxın gələcəkdə işğal olunmuş Fələstin hüdudlarından kənarda İsrail hədəflərinə qarşı hər hansı cavab tədbirlərinə haqq qazandırmış olacaqdır.
