Qafqaztimes xəbər verir ki, ibranidilli mənbələr Livan Hizbullah hərəkatının hərbi silahlarına dair son təxminlərində hərəkatın 2000-ə yaxın PUA-ya sahib olduğunu iddia ediblər.
Sionist “The Jerusalem Post” qəzeti çərşənbə günü axşam bu barədə məlumat verərkən iddia edib ki, Hizbullah 1990-cı illərdən bəri istifadə etdiyi 2000-ə yaxın pilotsuz təyyarəyə malikdir.
Sionist qəzeti daha sonra bildirib ki, bu pilotsuz təyyarələrdən bir neçəsi Suriyada və sionist rejimə qarşı istifadə olunub.
“The Jerusalem Post” həmçinin əlavə edib ki, Hizbullah 2006-cı ildə sionist rejimin Livanla ikinci müharibəsi (2006-cı ildə 33 günlük müharibə) zamanı və hətta Tel-Əvivə qarşı bu müharibədən əvvəl də bir neçə döyüş pilotsuz təyyarəsindən istifadə edib.
Sionist qəzet yazır ki, Hizbullah 2012-ci ilin oktyabrında da İsrail əleyhinə pilotsuz hərbi təyyarələrdən istifadə edib və onlar Əl-Nəqb bölgəsinə (işğal olunmuş ərazilərin cənubu) qədər irəliləməyə müvəffəq olublar.
Hesabatda həmçinin iddia edilir ki, Hizbullah 2013-cü ilə qədər İran istehsalı olan 200 İHA-ya sahib olub. Lakin zaman keçdikcə və İranla əməkdaşlıq nəticəsində pilotsuz təyyarələrinin sayını xeyli artıra bilib.
