
İsrailin turizm naziri Haim Kats və Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Tourism) Avropa Regional Komissiyasının 71-ci iclası çərçivəsində görüşüblər. Tərəflər turizmlə bağlı məsələləri müzakirə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı turizm axınının təşviqi yollarını araşdırıblar.
