Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının Yəməndəki səfiri və müqəddəs müdafiə dövrünün qazisi Həsən İrlunun rəsmi dəfn mərasimi çərşənbə axşamı günorta İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Yəmənin Tehrandakı səfiri İbrahim Əl-Deyləminin iştirakı ilə keçirilib.
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın Yəməndəki səfirinin şəhadəti ilə bağlı başsağlığı verərkən deyib: “Şəhid İrlu müqəddəs müdafiənin qazisi kimi mübarək ömrünü İslam quruluşunun qorunması və yüksəldilməsi yolunda sərf etmiş və son missiyasında isə Yəmən xalqının qanuniliyinin müdafiəçisi və haqq səsi olmuşdur.”
Xətibzadə həftəlik mətbuat konfransında İranın Yəməndəki səfiri Həsən İrlu ilə bağlı xəbərlərə də toxunmuş və Qərb mediasının İran səfirinin geri qayıtmasının İranın Ənsarullah ilə fikir ayrılığı olması ilə bağlı iddialarına cavab olaraq demişdir: “İran və Yəmənin Milli Qurtuluş Hökuməti arasında əlaqələr həmişəkindən daha güclü və sıxdır. İran İslam Respublikası bütün diplomatik və siyasi vasitələrlə Yəmən xalqına kömək etməkdə sadiqdir.”
