İnformasiya qaynaqları bu gün səgərə qədər Qəzzə zolağında sionist rejim hücunmları nəticəsində daha 16 fələstinlinin şəhid olduğundan xəbər verir.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, bu gün (26 aprel) sionist rejim ordusunun Qəzzə zolağına hücumları nəticəsində 16 fələstinli şəhid olub.
İsrail rejiminin Qəzzaya hücumlarının yenidən başlamasının 40-cı günündə rejimin döyüş təyyarələri bölgənin cənub bölgəsinin müxtəlif bölgələrini intensiv olaraq bombalamağa davam edir.
İsrail döyüş təyyarələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə və bölgənin şimalındakı Cəbəliya qaçqın düşərgəsinə hücumlar həyata keçirib.
Fələstin mənbələri cümə günü İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında 45 nəfərin şəhid olduğundan da xəbər verib.
