Amerikanın qırıcı təyyarələri Yəmənin Əl Hədidə əyaləti Bacil rayonuna aviazərbələr endirib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Amerika 42 gündür ki, intensiv olaraq Yəmənin müxtəlif bölgələrini bombardman edir və bu gün (25 aprel) də Əl Hədidənin Bacil rayonunu qırıcı təyyarələrlə hava zərbələrinə məruz qoyub.
Məlumata görə, Amerika 6 dəfə bu rayonu bombardman edib.
Yəmən mediaları həmçinin bu gün səhər saatlarında Kəmran adasına da hücum edib və Səna şəhərinin Bəni Huşiş məntəqəsindəki bir dövlət idarəsini, ölkənin mərkəzi şəhərlərindən olan Maribdə yerləşən Midğal idarəsini 4 dəfə bombardman edib.
