Qafqaztimes xəbər verir ki, Rusiyanın Suriyadakı Barışıq Mərkəzi İsrailin Dəməşq Beynəlxalq Hava Limanına son zərbələri zamanı Suriyanın hava hücumundan müdafiə qüvvələrinin 7 raketi vurmağa müvəffəq olduğunu açıqlayıb.
Suriyadakı Rusiya Barışıq Mərkəzinin müdir müavini Vadim Kolit İsrailə məxsus 4 F-16 qırıcısının dünən gecə işğal altında olan Qolan Təpələrindən Dəməşq Beynəlxalq Hava Limanı ətrafına 8 qanadlı raket atdığını və Suriya ordusunun hava hücumundan müdafiə qüvvələrinin Rusiyaya məxsus Panstir sistemi ilə bu raketləri vurduğunu bildirib.
O, vurğulayıb ki, bu hücum nəticəsində anbarlardan birinə ziyan dəyib və 1 nəfər həyatını itirib.
