Qafqaztimes xəbər verir ki, Şahab xəbər agentliyinin məlumatına görə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun üzvü Mahmud əl-Zihar deyib: “Sıfırdan başlayan hərəkat işğal olunmuş ərazilərin istənilən ərazisini hədəfə ala biləcək hərbi qabiliyyət mərhələsinə çatıb.”
O, HƏMAS-ın çərşənbə günü keçirdiyi hərbi manevrləri hərəkatın hər hansı bir qarşıdurmaya hazır olmasının əlaməti, Qüds və Məscidül-Əqsanı müdafiə etmək strategiyasının bir hissəsi kimi qiymətləndirib.
Əl-Zihar əlavə edib: “Düşmənin yeni kabineti daxildə diqqəti cəlb etmək məqsədi ilə özünün fələstinlilərə qarşı daha sərt siyasət yürütdüyünü göstərməyə çalışır.”
HƏMAS-ın İordan çayının qərb sahilindəki rəsmisi Mahmud Mərdavi də vurğulayıb ki, HƏMAS-ın İzzəddin əl-Qəssam batalyonları tərəfindən keçirilən “Qüds Qalxanı” hərbi manevri işğalçılara meydan oxumaq üçün açıq bir mesajdır və bu müqavimətin həmişə hazır və güclü olduğunu göstərir. Bu manevrlər həmçinin fələstinlilərin Fələstinin azadlığı uğrunda vahid döyüşdə birləşmək qabiliyyətindən xəbər verir.