Həmas liderlərindən biri Fələstin xalqının vətən sevgisi ilə yaşadıqlarını və heç vaxt öz vətənlərini tərk etməyəcəklərini vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Hisam Bədran bu gün (14 mart) deyib: Sionist rejimin müsəlmanların ən müqəddəs günləri olan Ramazan ayında Məscidül Əqsaya hücumları bu işğalçı rejimin islam ümməti ilə qatı düşmənçiliyi və dini müqəddəslərə qarşı müharibənin davam etdirməsi deməkdir. Fələstin xalqı məcburi miqrasiya planı ilə mübarizə aparacaq, Məscidül Əqsanı müdafiə etmək üçün əlindən gələni əsirgəməyəcək, zülmkarların yəhudiləşdirmə layihəsi önündə canlarından belə keçəcəklər.
Hisam Bədran həmçinin Qəzzədə atəşkəs razılaşması müddəalarına əməl olunmasının zərurətini vurğulayaraq vasitəçilərdən sionist rejimi öz vəzifələrinin icrasına vadar etmələrini istəyərək deyib: Həmas atəşkəs razılaşmasının xalqımızın hüquqlarını təmin edəcək şəkildə həyata keçirilməsinə dair istənilən təklifi alqışlayır.