Həmas bəyanat yayaraq İslami Cihad liderləri ilə Qətərdə görüş keçirdikləri barədə məlumat verib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Həmas rəhbərləri dünən (13 mart) Məhəmməd Dərviş və Ziyad Nəxalə və Məhəmməd Əl Hindinin başçılığı altında görüş keçirərək Qəzzədə atəşkəs və Fələstinin digər önəmli məsələləri barədə danışıqlar aparıblar.
Məlumata görə, tərəflər atəşkəs razılaşmasının icra mexanizmini və onun İsrail rejimi tərəfindən dəfələrlə pozulmasını, həmçinin danışıqların bərpası üçün son iki gündə baş tutan görüşləri müzakirə edərək atəşkəs sazişinin müddəalarına və onun müxtəlif mərhələlərinə tam riayət olunmasının zəruriliyini vurğulayıblar.
Həmçinin bu görüşdə sionist rejimin Səlahəddin keçidindən geri çəkilməsi, Rəfəh keçidinin açılması, humanitar protokollarının icrası, ərzaq məhsulları kimi zəruri maddələrin çatdırılması və razılaşmanın müddəalarının qeyd-şərtsiz keçirilməsi kimi məsələləri vurğulayıblar.