Sionist rejimin sabiq baş naziri Netanyahu kabinetinin Qəzzə müharibəsi üçün heç bir strategiyanın olmaması və müharibədən sonrakı vəziyyət üçün konkret planının qurulmamasından xəbər verib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, İhud Olmert bu gün (14 mart) deyib: Nazirlər Kabineti heç bir plan cızmadan yeni müharibəyə başlayacağını deyir. Halbuki bu vəziyyət İsraillə yanaşı bütün regionu daha ciddi böhranlarla üzləşdirəcək.
Olmert fələstinlilərin məcburi köçürülməsi barədə xəbərdarlıq edərək əlavə edib: Bu baş verərsə, daha faciəli humanitar vəziyyətlə üzləşəcəyik.
İhud Olmert həmçinin bu planın qeyri-insani olduğunu da diqqət mərkəzinə çəkərək fələstinlilərin məcburi miqrasiyası ilə tamamilə müxalif olduğunu vurğulayıb.