Həmas sözçüsü sionist rejimi atəşkəs razılaşması maddələrinə riayət etməyə və Qəzzədən geri çəkilməyə çağırıb.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Hizam Qasim dünən axşam (13 mart) Dohada vasitəçilərin iştirakı ilə danışıqların davam etdiyini qeyd edərək deyib: Həmas anlaşmaya uyğun rəftar olunmasını vurğulayır və sionist rejimin Qəzzədən dərhal geri çəkilməsini tələb edir. Hizam Qasim əlavə edib: Həmas həmçinin sionist rejimin Filadelfiya dəhlizindən də geri çəkilməsini vurğulayır. Biz yenidən müharibəyə qayıtmaq istəmirik. Amma işğalçı rejim hücum edərsə, bizin müdafiə siyasətindən başqa bir çarəmiz yoxdur.