Həmasın İsrailə tabutlarla dönən əsirləri narahatlıqla qarşıladığına görə Netanyahunu timsaha bənzədib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmas hərəkatı bu gün (20 fevral) yaydığı bəyanatda deyib: İzzədin Əl Qəssam Briqadaları əsir cənazələrini təhvil verdiyi zaman onların ləyaqətini və ailələrinin hisslərini nəzərə aldı. Amma onların ölümünə səbəb olan Netanyahu isə bu insanların həyatı ilə heç maraqlanmadı.
Həmasın bəyanatında bu əsirlərin həyatlarının təhlükədə olmaması üçün əllərindən gələni etdiklərini, onlarla yaxşı davrandıqlarını, amma işğalçı ordunun öz əsirlərini amansızca öldürdüyünü qeyd edərək deyib: Biz Netanyahu bu narahatlığı israillilərə qarşı məsuliyyətindən yayınmaq üçün artistlik edərək timsah kimi göz yaşları axıdır.
Bəyanatda həmçinin deyilir: Biz Babbas və Liuts ailələrinə müraciət edərək deyirik ki, biz də övladlarınızın sağ-salamat yanınıza qayıtmasını istərdik. Amma ordu komandirləri və rəhbərləri əsirləri geri qaytarmaq əvəzinə onları öldürməyə üstünlük verdi.
