Türbət Heydəriyyə vilayətinin icra hakimi İran düşmənlərinin bütün gücünün şübhə yaratmağa yönəldiyi və İslam quruluşunun nailiyyətlərini hədəfə aldıqlarını deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Müctəba Şücai Türbət Heydəriyyə vilayətinin cümə namazı xütbələrindən əvvəl etdiyi çıxışında deyib: Biz onlarla gənc nəslin dilində danışıb İslam İnqilabının məsələləri və nailiyyətlərini və bu inqilabdan əvvəlki ölkənin şərtlərini izah etməli və nəsil uçurumu yaratmamağa diqqət etməliyik.
İran İslam İnqilabı bir mədəniyyətdir və Fəcr ongünlüyünün fürsəti İnqilabın mesajlarını çatdırmaq və onun nailiyyətlərini yeni nəslə çatdırmaq üçün münasib vaxtdır.
Türbət Heydəriyyə Məşhəddən 150 kilometr cənubda yerləşir.
