Trampın təklif etdiyi xarici işlər naziri Rubio: Amerika İranla danışıqlara hazır olmalıdır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Xarici İşlər Naziri vəzifəsinə təklif etdiyi Rubio İran əleyhinə bəyanatlar verərkən belə etiraf edib:
“Amerika hökuməti İranla danışıqlara hazır olmalıdır”.
Rubio iddia etdi:
“Heç bir şəraitdə icazə verilməyən bir şey İranın nüvə silahı əldə etməsidir.
İcazə verilə bilməyən başqa bir məsələ də budur ki, bu rejim terroru yenidən dəstəkləməyə başlamaq və onu davam etdirmək üçün lazımi qaynaq və imkanlara malik olsun”.
Onun İranın dinc nüvə proqramı ilə bağlı iddiası məntiqsizdir. Çünki hətta Bayden hökumətinin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, Avropa Birliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri “Bill Burns” kimi Amerika rəsmilərinin fikrincə İranın nüvə silahı hazırlamaq niyyəti yoxdur.
Trampın Xarici İşlər Naziri vəzifəsinə təklif etdiyi Rubio dolayısı ilə İranın “terrorizmi” dəstəklədiyini iddia edib.
Onun iddiası əsassızdır və müqavimət oxunun mənsubları hamısı azadlıqçı, millətçi və müstəqil hərəkatlardır.
Onun Qərbi Asiyanın sabitliyi ilə bağlı süni narahatlığı gülüncdür. Çünki regionda gözü başqa ölkələrin torpaqlarında olan yeganə işğalçı rejim sionist rejimdir.
İranın hərbi gücü isə həmişə bu ölkənin ərazi bütövlüyünü və xalqını müdafiə etmək üçün olub.
Qafqaztimes
Al-alam.