Qəzza müharibəsinin 467-ci günündə atəşkəs razılaşmasının elanını gözləmə vəziyyəti ilə eyni vaxtda Qəzzada bir neçə yaşayış məntəqəsinə İsrail hərbi hava qüvvələrinin ağır hücumları davam edib.
Qəzza müharibəsinin 467-ci günündə baş verən son hadisələrdə Fələstin müqavimətinin yüksək rütbəli üzvü atəşkəs razılaşmasının artıq əldə edildiyini, lakin onun elanının icra mexanizmləri ilə bağlı razılaşmaya qədər təxirə salındığını açıqlayıb.
HƏMAS-ın bu yüksək rütbəli rəsmisi Əl-Ərəbi Əl-Cədidə deyib: “İsrailin baş naziri Binyamin Netanyahu son anda sərbəst buraxılacaq 33 məhbus siyahısına hərbi məhbusların əlavə edilməsini tələb edərək bu razılaşmanın birinci mərhələsini əngəlləməyə çalışdı”.
O, 2023-cü il oktyabrın 7-də hərbi geyimdə əsir düşən əsgərlər arasında bir sıra Şin Bet zabitləri və İsrailin 8200 kəşfiyyat bölməsinin zabitlərinin olduğunu açıqlayıb.
Bundan əlavə, ABŞ dövlət katibi Qətərdəki dolayı danışıqlarda yekun təklifin masada olduğunu açıqlayıb.
Qətər bildirib ki, danışıqlar son mərhələyə çatıb, lakin yaxşı xəbər gələnə qədər çox optimist olmamalıyıq.
Qafqaztimes
Al-alam