Yəmən silahlı qüvvələri üçüncü hərbi əməliyyatda işğal altındakı Yaffa (Təl-Əviv) bölgəsində İsrail rejiminin Müharibə Nazirliyini Fələstin 2 hipersəs raketi ilə hədəfə aldıqlarını açıqlayıb.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri vurğulayıb ki, raket hədəfə dəyib və düşmənin müdafiə sistemləri onun qarşısını ala bilməyib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu əməliyyatı son 12 saat ərzində işğal altındakı Yaffaya (Təl-Əviv) qarşı üçüncü əməliyyat kimi açıqlayıb.
Səri bir daha Fələstini dəstəklədiyini bəyan edib və bildirib ki, bu hərəkətin nəticələri nə olursa olsun, Qəzza zolağına qarşı təcavüz bitənə və bu zolağın blokadası götürülənə qədər əməliyyatlarımızın intensivliyini artıracağıq.
Qafqaztimes
Al-alam