İsrail baş nazirliyinin ofisi Benyamin Netanyahunun ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyəcəyindən xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, “The Jerusalem Post” bu gün (9 yanvar) yazıb: NK-dən verilən məlumata görə Netanyahunun yanvarın 20-də keçiriləcək Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün Vaşinqtona səfərlə bağlı planlarında dəyişiklik baş verib və o, bu mərasimdə iştirak etməyəcək.
Məlumata görə İsrail rəsmiləri son zamandır Netanyahunun yaxınlarda prostat əməliyyatı keçirməsinə baxmayaraq, onun ABŞ-a səfəri gözlənildiyini deyirdilər. Amma Knessetdə büdcə qanun layihəsinə səs vermək üçün xəstəxanadan buraxıldıqdan sonra ona dincəlməsi məsləhət görülüb.