İsrail rejimi ordusunun istefada olan generalı Benyamin Netanyahunun davranışını tənqid edərək, bu rejim ordusunun Qəzza zolağında heç bir şeyə nəzarət etmədiyini vurğulayıb.
Sionist “Maariv” qəzetinin xəbərinə görə, İshaq Brik, Netanyahunun Qəzzada müharibənin Həmas məhv edilmədən və məhbusların azad edilməsindən əvvəl bitməyəcəyini təkrar-təkrar vurğulamasına işarə edərək əlavə edib ki, zamanın keçməsi bunu sübut edir ki, baş nazirin istəyinin əksi olacaq.
O əlavə edib: Bu gün İsrail HƏMAS-ı məhv etmək qabiliyyətini keçmişdə olduğundan daha çox itirib. HƏMAS indi Qəzzə zolağına nəzarət edir və onun minlərlə döyüşçüsü yerin altında və yüzlərlə kilometr məsafəsi olan tunellərdədir.
İsrail ordusunun istefada olan bu generalı sözünə davam etdi: Əl-Qəssam batalyonları (HƏMAS-ın hərbi qolu) bu yaxınlarda 18-20 yaş arasında olan üç min gənc döyüşçünü öz sıralarına cəlb edib. Düzdür, biz yerin üstündəyik, amma bütün hadisələr hələ də yerin altında və tunellərdə baş verir və İsrail ordusu heç nəyə nəzarət etmir.
Brik deyib: HƏMAS hələ də Qəzza zolağına rəhbərlik edir. Beşinci dəfə Cəbəlliyə bölgəsinə qayıtdıq və fələstinlilər hələ də oradadırlar, başqa bölgələrdə çoxlu əsgərimizi itirdik və təhlükə qarşısındayıq.
Qafqaztimes
Al-alam
3 şərhlər
토토사이트에 대한 고민, 토토천국에서 해결하세요.
안전하고 쾌적한 시청 환경 제공, 스포츠중계는 국대티비!
I do agree with all the ideas you have introduced on your post They are very convincing and will definitely work Still the posts are very short for newbies May just you please prolong them a little from subsequent time Thank you for the post