İnformasiya qaynaqları BMT baş katibi ilə İraq XİN başçısının regiondal məsələləri müzakirə etdikləri telefon söhbətindən xəbər verib.
İRNA-nın məlumatına əsasən, Antonio Quttereş bu gün (19 dekabr) Fuad Hüseynlə gündəmdə olan Suriya hadisələri və İraqın vəziyyəti barədə danışıqlar aparıb.
Məlumata görə bu telefon söhbətində Türkiyə və Qətərlə bərabər Suriyada baş verən hadislərin gərginləşməməsi yolunda çıxış yolları axtarılıb.
Fuad Hüseyn də öz növbəsində Suriyada mövcud olan silahlı dəstələrin regiona yayılmaması üçün müəyyən tədbirlərin görüldüyünü vurğulayaraq deyib: İŞİD Suriyadakı böhranvə Fərat çayı sahillərindən kürd qüvvələrinin çəkilməsindən sui-istifadə edərək qüvvələrini gücləndirdiyi üçün həbsdə olan terrorçuları qaçırmaqla daha da güclənə biləcəyini nəzərə alaraq həddən artıq güclü tədbirlər görülməlidir.