Sionist rejimin baş naziri haqqında açılmış korrupsiya dosyesinə görə 4-cü dəfə məhkəməyə gedib.
İSNA-nın məlumatına əsasən, Benyamin Netanyahu bu gün (18 dekabr) “4 min” adı ilə adlandırılmış məhkəmə işinə görə Tel Əviv məhkəməsinə çağırılıb.
İsrailin Valla portalının verdiyi məlumata görə “4 min” dosyesi Benyamin Netanyahunun ən yeni korrupsiya işinə aiddir. Bu dosyedə Netanyahunun seçkilər zamanı reklam üçün Valla mediasının sahibi Şaul Eloviçə 1 milyard 800 min şekel məbləğində rüşvət verdiyi iddia edilir.