İşğal olunmuş Fələstindəki sionist qəsəbə məmurları Nazirlər Kabinetinin hələ qəsəbələr barədə müəyyən bir qərara gəlmədiklərini qeyd edərək vətəndaşların şimal bölgələrində təhlükənin sovuşmadığını sandığını deyirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yuxarı Əl Cəlil Şurasının sədri Giora Zalats bu gün (17 dekabr) işğal olunmuş Fələstindəki böhranlı vəziyyətin davam etdiyini qeyd edərək deyib: Biz dilə gətirilməyəcək bir məğlubiyyət yaşayırıq.
Giora Zalats həmçinin deyib: 15 aydır müharibə yaşayırıq. Heç kəs qəsəbə sakinlərinin vəziyyətinə baxmaq istəmir. Dağılmış evlərin yenidən tikilməsi üçün büdcə verilmir. 15 aydır 200 min qəsəbə sakininə heç kəs yardım əli uzatmır. Bizim təcili humanitar yardımlara ehtiyacımız var.