Əl-Qəssam Briqadalarının sözçüsü sionist rejimin bir neçə israilli girovun saxlandığı yeri qəsdən bir neçə dəfə bombardman etdiyini deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Übeydə bu gün (14 dekabr) deyib: İsrail öz girov vətəndaşlarının ölməsindən əmin olmaq üçün onların saxlandığı yeri bombardman etdi.
Telegram sosial media hesabında məlumat verən Əbu Übeydə həmçinin deyib: Bizdə olan məlumata görə sionist düşmən Qəzzədə israilli əsirlərin saxlandığı yeri və onların mühafizəsinə cavabdeh olan mücahidləri qəsdən bombalayıb. Çünki düşmən öz vətəndaşlarının ölümünü istəyir.
Əbu Übeydənin sözlərinə görə düşmən əsirlərini dağıntılar altından çıxarmağa çalışsalar da onlardan birini xilas edə biliblər.
1 şərh
Serving Iraq with pride, BWER supplies high-performance weighbridges designed to improve transport logistics, reduce inaccuracies, and optimize industrial processes across all sectors.