Terrorçu qruplar Təhrir əş-Şamın (ən-Nusra) hərbi komandirinin öldüyünü açıqlayıb.
Təhrir əş-Şamın (Əl-Nusra) hərbi komandiri Əbuzər Muhambəl terrorçu qrupların açıqlamasına əsasən, Suriya ordusu tərəfindən öldürülüb.
Məlumata görə, Təhrir əş-Şam (Əl-Nusra) terror qruplaşmasının komandiri Hələbin qərb kənarında terrorçu qrupların əməliyyat otağını hədəf alan əməliyyatda öldürülüb.
Bu arada Əl-Aləm-in Dəməşqdəki müxbiri Hossam Zidan bazar günü bildirib ki, Suriya ordusu ölkənin şimalında bir neçə bölgədə silahlı qruplara qarşı əks-hücumlara başlayıb və əməliyyat zamanı ötən günlərdə terrorçu qrupların girdiyi 13 kənd və qəsəbəni azad edib, bunlardan ən mühümləri Həmanın şimal ətraflarında yerləşən Qəle, Halfaya və Təyyibətul-İmam kəndləridir.
Qafqaztimes
Al-alam