Haaqa məhkəməsinin baş prokuroru sionist rejimin baş nazir və keçmiş müharibə naziri barədə çıxarılan həbs qərarının appelyasiya etirazını qəbul etmədiyini deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim dünən (29 noyabr) Benyamin Netanyahu və Yoav Qallant barədə çıxarılmış həbs qərarına yenidən baxılması barədə appelyasiya ərizəsi təqdim etsə də Haaqa məhkəməsinin baş prokuroru bu ərizəni qəbul etməyib.
Baş prokuror Kərimxan bu işə yenidən baxılmasının faydasız olduğunu elan edib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi ötən həftə İsrailin baş naziri Bneyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Qallant barədə həbs orderi verdikdən sonra bir çox ölkələr, hətta Avropa ölkələri belə onların ölkəyə girişi ilə həbs olunacaqları barədə bəyanat yayımlayıb.