Yəmən Ənsarullah Hərəkatının lideri İsrail-Hizbulah atəşkəs razılaşmasına işarə edərək müqavimətin qələbəsini təbrik edərək bütün bu hücumların ABŞ dəstəyi ilə həyata keçdiyini vurğulayıb.
İRNA-nın məlumatına əsasən, Seyid Əbdül Məlik Əl Husi bu gün (28 noyabr) çıxışında deyib: Bu qələbə ilahi yardımlar sayəsində baş tutdu və sionist işğalçı daha bir məğlubiyyətin acısını daddı.
Əl Husi həmçinin deyib: Amerika Livana hücumlarda İsrailə böyük dayaq idi və sionistlərin cinayətlərində şərikdir. Düşmən sionist ABŞ-ın dəstəyi ilə Livana qalib gələcəyinə ümid edirdi. Amma Livan onların bu arzusunu ürəyində qoydu.