Əl Qodsul Ərəbiyy internet portalı ABŞ-ın Yaxın Şərq məsələləri üzrə elçisi Brett Mc Gurkun yazın gələcəkdə Livan və Qəzzədə atəşkəz razılaşması zəminində müzakirələr üçün Səudiyyə Ərəbistanına səfər edəcəyindən xəbər verib.
İRNA-nın məlumatına əsasən, Ağ Ev elan edib: Brett Mc Gurk bu gün (26 noyabr) Riyaza Qəzzə və Livan müharibəsinin bitirilməsinə yardım üçün gedəcək.
Məlumata görə Səudiyyə Ərəbistanı XİN başçısı da Qəzzə və Livan müharibəsinin sonlandırılması üçün cəhdlər göstərdiyini elan edib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri bu zəmində G7 ölkələrinin xarici işlər nazirlərinin 2-ci iclası çərçivəsində “7-lər qrupu”na üzv olan ərəb ölkələrindən olan həmkarları ilə görüşüb və çoxsaylı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.