İsrail rejiminin BMT-dəki səfiri Livan ilə atəşkəs razılaşmasının hələ yekunlaşmadığını, lakin yaxınlaşdığını bildirib.
İRNA-nın məlumatına əsasən, Denni Denon dünən (25 noyabr) mediada İsrail və Livan Hizbullahının atəşkəslə bağlı razılığa gəldiyinə dair xəbərlərdən sonra deyib: Hələ bunu yekunlaşdırmamışıq, amma irəliləyiş var.
Reuters xəbər agentliyi də İsrail rejiminin baş nazirlik ofisinin bu xəbərlə bağlı heç bir açıqlama vermədiyini açıqlayıb.
Adının gizli qalmasını istəyən yüksək rütbəli İsrail rəsmisi Reuters agentliyinə bildirib ki, İsrailin təhlükəsizlik kabineti çərşənbə axşamı Livanda atəşkəs razılaşmasını təsdiqləmək üçün görüşəcək.
Denni Danon həmçinin İsrailin 2006-cı ildə Hizbullah ilə müharibədən dərs aldığını bildirərək deyib: Biz Livanın cənubundan gələn hər hansı təhdidi zərərsizləşdirə biləcəyimizə əmin olmalıyıq. Ümid edirəm ki, Livan ordusu gələcəkdə bununla məşğul olacaq. Amma yenə də uğursuzluğa düçar olsalar, biz bu regiondayıq!
İsrail rəsmisi həmçinin Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) istənilən razılaşmadan sonra Livanın cənubunda qalacağını qeyd edərək deyib: Biz UNIFIL ilə koordinasiya edəcəyik və mən onların bu dəfə daha təsirli olacağını gözləyirəm. Onların döyüşəcəyini deyil, hesabatlarını gözləyirik.