İran XİN başçısı Beynəlxalq Qadın və Uşaqlara qarşı zorakılığa qadağa günündə Qəzzə zolağında qadın və uşaqlara qarşı zorakılığın kulminasiya həddinə çatdığını vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsmail Bəqai bu gün (24 noyabr) X sosial media hesabında yazıb: Qadınlara Qarşı Zorakılığın Beynəlxalq Qadağa Günündə işğal olunmuş Fələstində bir neçə onilliklər ərzində amansız işğal və müstəmləkə soyqırımı nəticəsində yaranan şiddətli zorakılığı xatırlayaq.
Qəzza zolağında qadınlara və qızlara qarşı şiddətin səviyyəsi misli görünməmiş həddə və kulminasiya nöqtəsindədir. Son bir ildə on minlərlə fələstinli qadın və qız öldürülüb və ya yaralanıb. Qəzzadakı bütün analar, qadınlar və qızlar aclıq riski altındadır.