Qəzzə müharibəsindən 410 gün sonra İsrailin baş naziri Nestsarimdə səssiz-sədasız girov ailələrinə inanılmaz vədlər verir.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netanyahu Netsarim oxundakı səfərində girovlar barədə vədlərinin ardınca hər bi girov üçün 5 milyon dollar məbləğində mükafat təyin edərək insanların başını aldatmağa cəhd göstərir.
Ekspertlərin fikrincə Netanyahu ən asan yol olan müzakirə və Həmas şərtləri ilə razılığa gəlmək kimi yolu olduğu bir halda sağ qalan sionist girovlar üçün bu məbləğdə mükafat təyin etməsi bəlkə də fələstinlilərin Həmasa dönük çıxaraq mükafat həvəsinə əsirləri tapmağa vadar etməkdir.
Həmçinin xəbərdə deyilir ki, Netanyahu hər sionist girovu gətirən şəxsə 5 milyon dollardan əlavə olaraq onun ölkədən təhlükəsiz çıxışı və gələcək həyatını təmin edəcək rahat həyat gözlədiyini də deyib.