Həmas bəyanat yayaraq Qəzzədə atəşkəs üçün razılığa hazır olduğunu elan edərək ABŞ prezidenti Donald Trampın sionist rejimə bu xüsusda təzyiqlər göstərməsini istəyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Həmas siyasi bürosunun üzvü Basim Nəim dünən axşam (15 noyabr) deyib: Sionist rejim tərəfindən Qəzzə müharibəsində atəşkəs razılaşması üçün təklif gələrsə və onlar real olaraq bu təklifə sadiq qalarlarsa, biz buna hazırıq.
Basim Nəim Fransa İnformasiya Agentliyi ilə müsahibəsində həmçinin qeyd edib: Donald Tramp da Qəzzədə atəşkəs bərqərar edilməsi zəminində İsrailə təzyiq göstərməli, günhasız fələstinlilərin qətliamını dayandırmalı və cinayətlərinə son qoymalıdır.
Həmas bundan əvvəl də ABŞ-da prezident seçkilərinin nəticələri barədəki bəyanatında “Trampın Baydenin səhvlərindən ibrət dərsi almalıdır” demişdi.