İnformasiya qaynaqları Livanda BMT-nin sülhməramlı korpusunun (UNİFİL) bir əməkdaşı ilə daha 3 nəfərin həlak olmasından xəbər verirlər.
İRNA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata əsasən, UNİFİL bu gün (16 noyabr) elan edib ki, Livanın sahil bölgəsində yerləşən Şama kəndi yaxınlığında bu quruma aid olan bir hərbi kortejin qəzaya uğraması nəticəsində bir sülhməramlı və daha 3 nəfər həlak olub.
Məlumata görə həlak olan sülhməramlı fransalıdır.
Xatırladaq ki, UNİFİL 1978-ci ildə qurulan Birləşmiş Millətlər Təşkilatının (BMT) Livanda Sülh Qüvvələri Livanın cənubunda fəaliyyətə başlayıb. BMT TŞ Livanın istəyi ilə İsrail qüvvələrinin çıxarılmasını təsdiqləmək, sülh və təhlükəsizliyini bərpa etmək və Livan hökumətinə ölkənin cənubu üzərindəki hakimiyyətini yenidən qurması üçün kömək etmək məqsədilə1978-ci il martın 19-da Birləşmiş Millətlər Təşkilatının Livandakı Sülhməramlı Qüvvələrini (UNIFIL) qurub.