KİV_lər Livanın cənub sərhədində bir sionist hərbçinin həlak olması ilə eyni zamanda İsrail ordusunun bu ərazidən geri çəkilməsindən xəbər verir.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail ordusunun radiosu dünən axşam (14 noyabr) bir batalyon hərbçinin Livanın cənub bölgəsindən geri çəkildiyini elan edib.
Bu xəbərdə geri çəkilmənin səbəbi bəyan edilməyib.
Ötən 3 gün ərzində sionist ordusu Livandan ağır zərbələr alıb və 10-dan çox hərbçisi həlam olub və onlarla nəfər yaralanıb.
İbridilli medialar bir neçə saat əvvəl İsrail rejiminin Livan sərhədində ağır əməliyyatlara düçar olduqlarından xəbər veriblər. Bu əməliyyatların təfərrüatı barədə də heç bir məlumat verilməyib.