Livanın baş naziri sionist rejim cinayətlərinin artmasında dünya ictimaiyyətini təqsirləndirərək işğalçı rejimə maksimum təzyiqlər göstərilməsini tələb edib.
İRNA-nın məlumatına əsasən, Nəcib Miqati bu gün (4 noyabr) deyib: Sionist rejim çıxış yollarının bağlanması üçün maneələr yaratmaqla yanaşı müharibə cinayətlərini daha da şiddətləndirir.
Nəcib Miqati həmçinin İsrailin qədim tarixi abidələri hədəfə aldığını vurğulayaraq deyib: Dünya ictimaiyyəti susduqca, sionist rejim təcavüzkarlıqlarını daha da genişləndirəcək.
Miqati əlavə edib: İsrailin Livana qarşı təcavüzkarlığına səbəb dünya ictimaiyyətinin susqunluğudur.
İnsan haqları carçısı olan ölkələrin İsraili durdurmasının zərurətini vurğulayan Livan baş naziri ölkəsinin BMT (1701) qətnaməsinə sadiqliyini də qeyd edib.