Sionist rejim qırıcıları Beyrutun cənubunda Hizbullah hədəflərinə bir sıra hücumlar həyata keçirib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Beyrutda 6 gün nisbi sakitlikdən sonra bu gün səhər (1 noyabr) Cənubi Zahiyə sionist rejimin 10 hücumuna məruz qalıb.
Məlumata görə hücumlar Rəfiq Həriri Beynəlxalq Hava limanı, Təvitəl Qədir və Harrə Hərik məntəqələrinə fokuslanıb. Sionist rejim qırıcıları hücumdan sadəcə 30 dəqiqə əvvəl xəbərdarlıqdan sonra bombardmana başalyıb.
Xəbərdarlıqdan sonra mülki şəxslər arasında izdiham olub.
Eyni zamanda Cəbəlil Lobnan vilayətində bir yaşayış binası hədəfə alınıb. Bu binada livanlı didərginlər yaşayırmış. Bombardmanda bir neçə nəfər yaralandığı deyilir.
Digər bir məlumata görə, Douris rayonuna hava hücumu nəticəsində azı 7 nəfər ölüb, 14 nəfər yaralanıb.