Norveç Beynəlxalq Ədalət Məhkəməsindən sionist rejimin fələstinlilərə humanitar yardım çatdırılması barədə öhdəlikləri barədə ciddi qərar verməsini tələb edib.
İRNA-nın məlumatına əsasən, Yonas Qans Störe dünən (29 oktyabr) Beynəlxalq Ədalət Məhkəməsinə xitab edərək Qəzzə zolağında didərgin düşmüş fələstinlilərin humanitar yardım çatışmazlığına işarə edərək deyib: Norveç dövləti UNRWA-ya qarşı mövqeyi barədə BMT Təhlükəsizlik Şurasına qətnamənin ilkin layihəsini təqdim edəcək.
Qeyd edək ki, İsrail Knesseti dünən (29 oktyabr) Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İsrail torpaqlarında fəaliyyətini qadağan edən qanunu təsdiqləyib. Qanun layihəsi ikinci və üçüncü, yekun oxunuşlarda qəbul edilib. Belə ki, 92 deputat qanunun lehinə, 10 deputat əleyhinə səs verib.
Qanun agentliyin İsrail ərazisində birbaşa və ya dolayısı ilə ofislərinin olmasını, xidmət göstərməsini və ya hər hansı fəaliyyətini qadağan edir.
UNRWA-nın baş komissarı Filip Lazzarini bildirib ki, Knessetin qərarı İsrailin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir:
“Bu qərar BMT Nizamnaməsinə ziddir və İsrail dövlətinin beynəlxalq hüquq üzrə öhdəliklərini pozur. Bu qanun layihələri fələstinlilərin, xüsusən də insanların bir ildən artıqdır ki, mütləq cəhənnəmdə yaşadığı Qəzzada əzablarını daha da artıracaq”.
1 şərh
Undeniably imagine that that you said. Your favourite reason appeared to be at the internet the simplest factor to be aware of.
I say to you, I certainly get irked whilst folks think about worries that they plainly don’t recognise about.
You controlled to hit the nail upon the highest and defined out the whole thing without having side-effects , folks can take a signal.
Will likely be back to get more. Thanks