Amerikanın “Demokratiyaları Müdafiə Fondu” ötən il İranın neft gəlirinin artmasının səbəbini Co Bayden dövlətinin yetərsiz siyasəti olduğunu deyib.
İRNA-nın məlumatına əsasən, “Demokratiyaları Müdafiə Fondu” bu gün (22 oktyabr) bir hesabat yayaraq İranın neft ixracatından əldə etdiyi gəlirlərin həddən artıq olduğunu etiraf edərək bunun səbəbini ABŞ dövlətinin “maksimum təzyiq”dən istifadə etməməsi kimi qələmə verərək yazır: İran Co Bayden dövlətinin ilk 3 ilində neft-kimya məhsullarının ixracatından 144 milyard dollar gəlir əldə edib. Bu isə Donald Tramp hakimiyyəti illərinə nisbətdə 100 milyard dollar daha çoxdur.
Qeyd edilr ki, Stop Harboring Iranian Petroleum (İran neftinin ixracatına maneə) qanunu Amerikanın Enerji Agentliyindən bu xüsusda ciddi tədbirlər görməsini istəsə də bunun faydası olmayıb.
Yuxarıdakı analitik mərkəzi bu məsələ ilə bağlı narazılığını bildirərək hazırkı ABŞ hökumətini tənqid edənlərin bəyanatlarına istinadla yazıb: İranın neft ixracı Bayden administrasiyası dövründə dəyər və həcm baxımından artıb. Hesabat 2021-2023-cü illər arasında Tehranın 144 milyard dollar neft və neft məhsulları satdığını göstərir. Bu, İranın neft ixracının 2020-ci ildə 16 milyard dollara düşdüyü “maksimum təzyiq” dövrü ilə kəskin şəkildə ziddiyyət təşkil edir.