QafqazTimes.com İN-a istinadən xəbər verir: Krımda bütün dünya müsəlmanları üçün maraqlı olası, yeniyetmə müsəlmanlar üçün “Alıe parusu” ədəbiyyat müsabiqəsi keçirilib. Tədbirdə Aleksandr Qrinin əsəri müzakirə edilib, çay süfrəsi açılıb. Tədbiri təşkil edən Altın Nesil (Qızıl Nəsil) müsəlman yeniyetmələr klubu 3 il qabaq yaradılıb. Ötən illər ərzində internet-klub onlarla seminar, mənəvi tədbir, treninq, müsabiqə keçirib. Tədbirə mütəxəssislər dəvət edilir, uşaqlar tanınmış insanlarla tanış olur. Klub üzvləri kollektiv şəkildə kinoteatra, teatra, gəzintiyə gedir. Klub 10-16 yaşda uşaqlar üçün müsəlman fəzası yaratmaqla onların dini kimliyi qoruyur. Xatırladaq ki, Krımda rəsmi statistikaya əsasən 50 minə yaxın müsəlman tatar yaşayır.
