Beyrutda rəsmi səfərdə olan ABŞ prezidenti Co Baydenin xüsusi elçisi Amos Hokştayn Livan xalqının vəziyyətindən çox narahat olduğunu iddia edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ prezidenti Co Baydenin xüsusi elçisi Amos Hokştayn ölkəsinin sionist rejimə cinayətlərində hərtərəfli yardımlarına rəğmən, Livan xalqının düşdüyü vəziyyətdən çox narahat olduğunu qeyd edərək deyib: Amerika ən tez bir zamanda bu müharibənin sonlandırılmasını istəyir.
Hokştayn həmçinin Livanın hərbi qüdrətinin gücləndirilməsi üçün əllərindən gələni əsrigəmədiklərini, tüzliklə İsraillə olan konfliktin başa çatması üçün təşəbbüskarlıqlar da etdiklərini iddia edərək deyib: Tel Əviv və Beyrut arasında münaqişənin həmişəlik sona çatması üçün hazırlanmış format çərçivəsində əməkdaşlıq edəcəyik və BMT-nin 1701 saylı qətnaməsinin icrası üçün də çalışacağıq.