İslam ölkələri qrupu Cenevrədə keçirilən İnsan Haqları Şurasının 57-ci iclasında sionist rejimin beynəlxalq qanunlara qarşı etinasızlığının nigaranedici olduğunu vurğulayıblar.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İnsan Haqları Şurasının 57-ci iclasında İslam Ölkələri Qrupu bu gün (26 sentyabr) bəyanat yayaraq sionist rejimin Livana son hücumları, dinc əhaliyə qarşı amansız cinayətlərini pisləyiblər.
Bəyanatda İsrail hərbi qüvvələrinin Livanın cənubunda sivil insanları hədəfə almasını beynəlxalq hüquqların pozulması kimi qəbul edərək bunu insanlıq əleyhinə və bəşər övladının ilkin hüquqlarının tapdalanması olduğunu qeyd ediblər.
Bəyanatda həmçinin günü-gündən beynəlxalq hüquq pozuntusu və qanunlara məhəl qoyulmamasından böyük narahatlıq ifadə edilərək sionist rejimin Livana hücumları zamanı vəhşicəsinə öldürülən, yaralanan qadın, uşaq və qocaların görüntüləri sarsıdıcı olduğu diqqət mərkəzinə çevrilib.