Kan telekanalı Həmas liderinin şəhid olub-olmaması barədə tədqiqata başladığından xəbər verib.
İRNA-nın məlumatına əsasən, sionist rejim mediaları Yəhya Sinvarın şəhid olması barədə iddia edərək deyib: İsrail Təhlükəsizlik sistemləri bu barədə tədqiqata başlayıb və onun Qəzzədə şəhid olma ehtimalını araşdırır.
Məlumata görə sentyabrın 19-da Qəzzədə atəşkəs və Yəhya Sinvarın Qəzzədən çıxması barədə sionist rejimin planı mediaların ixtiyarına verilmişdi. Həmas liderlərindən olan Cihad Taha bu plana reaksiyada “bizim cinayətkar düşmənə xidmət edən yeni planlara ehtiyacımız yoxdur” demişdi.
Cihad Taha həmçinin vurğulamışdı ki, sionist düşmənin Həmas liderlərini Qəzzədən ixrac etmək xülyaları qəhrəman müqavimət xalqı üçün qəbuledilməzdir.