İranın BMT-dəki daimi nümayəndəsi TŞ iclasında sionsit rejimin Livana son hücumundan sonra bu vandallığa son qoyması barədə ciddi tədbirlər görülməsini istəyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Əmir Səid İrəvani dünən gecə (20 sentyabr) Təhlükəsizlik Şurasının Suriya məsələləri üzrə illik iclasında deyib: Livanda və Suriyada 17-18 sentyabrda günahsız sivil insanların vəhşicəsinə terror edilməsi açıq-aşkar beynəlxalq qanun və insan haqları pozuntusu, bəşəriyyət aləminə qarşı bir cinayətdir. İran İslam Respublikası bu hücumları şiddətlə qınayır və TŞ-dən İsrail rejiminin təcavüzlərini dayandırmaq üçün ciddi tədbirlər görməsi və bu xuliqanlıqların qarşısını almasını tələb edir.