İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi ölkəsinin düşmən toruna düşməyəcəyini, şəhid Həniyyənin qanının yerdə qalmayacağını və qətiyyətlə qisas alınacağını vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, general-mayor Məhəmməd Baqiri dünən (26 avqust) deyib: Ötən 11 ay ərzində Əl Əqsa Tufanı əməliyyatından bəri sionist rejimin Dəməşq konsulluğuna hücumu, Doğru Vəd əməliyyatı, İsmail Həniyyənin Tehranda şəhid edilməsindən sonra Hizbullahın Fuad Şükrünün şəhadət qisası regionun ən önəmli hadisələrindən hesab olunur. Amma İsmail Həniyyənin Tehranda terroru İran suverenliyi və ərazi bütövlüyünün pozulması baxımından əhəmiyyətli olduğu üçün İsraildən qisas alınması qaçılmaz bir məsələdir.
General-mayor Baqiri həmçinin əlavə edib: İran düşmənin media oyunlarının toruna düşməyəcək və “Müqavimət oxu” qisas metodunu və miqyasını seçməkdə sərbəstdir.
1 şərh
What i do not understood is in truth how you are not actually a lot more smartlyliked than you may be now You are very intelligent You realize therefore significantly in the case of this topic produced me individually imagine it from numerous numerous angles Its like men and women dont seem to be fascinated until it is one thing to do with Woman gaga Your own stuffs nice All the time care for it up